İmplant Dent stomatoloji klinikası 1998-ci ildə ilk implantasiya yönümlü özəl klinika olaraq yaranmışdır. Bu işdə məqsəd klinikaya müraciət edən insanlara yüksək səviyyəli müasir stomatoloji xidmət təşkil etmək olmuşdur. Elə bu tarixdən klinikada dişlərin implantasiyası aparılaraq yüksək nəticələr əldə olunmuşdur. Bu işləri həyata keçirmək üçün klinikada ixtisaslı kadrlar-həkim və tibb bacıları uyğun təkmilləşmə kursları keçmişlər. Bundan başqa implantlar üzərinə dişlərin hazırlanması fərqli xüsusi qaydalarla aparıldığı üçün yeni tələblərə cavab verən və müasir tipli diş-texniki laboratoriyası yaradılmışdır.