Stomatologiyada ağız cərrahiyyəsi dişlərin çəkilməsini, diş kökü zirvəsindəki kistaların götürülməsini, implant əməliyyatlarını, diş əti plastikasını və s. əhatə edir. Klinikamızda bu proseduralar tam ağrısız və rahat şəkildə həyata keçirilir.
Diş əti geri çəkilmələrində (resessiyalar) diş əti plastikası əməliyyatı əvəzolunmazdır, hansı ki, bununla ideal gülüş pasientlərə müsbət aura bəxş edir.
Dental implant əməliyyatlarının önəmi Dişlərin implantasiyası bölməsində verilib.
Kistoektomiya
Dişlərin kök qismində bir çox səbəbdən kista əmələ gələ bilər. Endodontik müalicənin effekt vermədiyi çox çətin olduğu hallarda kistanın cərrahi yolla təmizlənməsi həyata keçirilir.
Ağıl dişinin cərrahi çəkiməsi
Ağıl dişlərinin çəkilməsi əvvəllər ciddi problem olsa da, müasir stomatologiyada bu əməliyyat həm ağrısız, həm də minimal travma ilə həyata keçirilir.
Frenulum
dodaq və yanağın çənəyə bağlanmasını təmin edən, içərisində fibril lifləri olan yumşaq toxumadır. Frenulum diş ətinə daha yaxın yerdən bağlanırsa, dişlər arasında məsafə (diastema və tremalara) və sağlam olmayan diş əti toxumasının əmələ gəlməsinə səbəb olur.
Bu kimi hallarda frenulumektomiya əməliyyatı aparılır.
Bu əməliyyatın mahiyyəti lokal anesteziya altında frenulumun kəsilib götürülməsindən ibarətdir.
Perikoronarit
Ağıl dişlərinin tac qisminin ətrafında həmin bölgənin dar olması, çətin təmizlənməsi və dişin tam çıxa bilməməsi səbəbindən ətrafindakı diş əti toxuması iltihablaşır ki, buna da perikoronarit deyilir. Bu zaman həmin diş çəkilir və ya iltihab nahiyəsi sanasiya olunur.
Dişlərin atravmatik çəkilməsi (diş əti və çənə sümüyünə zərər yetirmədən) müasir stomatologiyanın ən vacib aspektlərindən biridir. İstər protezləmədə, istərsə implantologiyada sümük toxumasının miqdarı və keyfiyyəti çox önəmli rola sahibdir. Bu səbəbdən atravmatik diş çəkimi və cərrahiyyəsi çox önəmlidir. Klinikamızda bu proses çox uğurla həyata keçirilir.
Retension dişlərin Piezzo Surgery ilə çəkimi - Bu metod tam və ya qismən çıxmamış və çənə sümüyü içərisində qalmış retension dişlərin çəkiməsində köməyimizə çatır. Piezzo Surgery metodu xüsusi cihazla tamamən ağrısız və atravmatik həyata keçirilir.