Naxcivantv.az xəbər verir ki, konfrans başlamazdan əvvəl iştirakçılar ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gələrək buraya gül dəstələri qoyublar,Heydər Əliyev muzeyini ziyarət ediblər.
Elmi-praktik konfrans Naxçıvan Muxtar Respublika Səhiyyə Nazirliyinin Naxçıvan Dövlət Universitetinin, Azərbaycan İmplantoloq İctimai Birliyinin təşkilatçılığı ilə muxtar respublika xəstəxanasında keçirilib.Konfransı açan Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva qeyd edib ki, muxtar respublikada stomotologiyanın inkişafına, ixtisaslı kadr potensialının artırılmasına lazımı diqqət yetirilir.
Naxçıvan Dövlət Universitetinin rektoru Saleh Məhərrəmov bildirib ki, universitetdə stomatologiya ixtisasının açılması bu sahədə ixtisaslı kadrların hazırlanmasına vacib töhfələr verir. Qeyd olunub ki, Naxçıvan Dövlət Universitetinin Türkiyə universitetləri ilə bu sahədə əlaqələri daha da genişlənir
Tədbirdə Azərbaycan İmplantoloq İctimai Birliyinin sədri, implandent klinikasının baş həkimi, tibb elmləri namizədi Cabbar Həsənov, stomatoloqlardan Rövşən Məmmədov, Yıldırım Özgür, Cavid Əhmədbəyli, Esin Özlek və digərləri «Diş əti xəstəliklərinin qeyri-cərrahi müalicəsi”, “Endodontiyada irriqasiya aktivasiya yöntəmləri”, “İmplantologiyada sadədən mürəkəbə”, “Kompozit restovrasiyalarda rəng anlayışı” və digər mövzularında çıxışlar edib dünya praktikasındakı son yeniliklərdən söhbət açıblar.
Qeyd edək ki, Naxçıvanda stomatoloqların elmi praktik konfransları hər il keçirilir və mühüm nəticələrlə yadda qalır.