Endodontik müalicə - Lokal (yerli) anesteziya altında tam ağrısız olaraq aparılır. Dişin ağızda görünən tac qismindən dişin sinir təbəqəsinə (pulpa) bir yol açılır və onun çənə sümüyü içindəki kök qisminə girilir. Dişlər 1, 2, 3 və daha çox kanallı ola bilər. Kanal müalicəsi sinirlərin çıxarılması, kanalların formalaşdırılıb mikroorqanizmlərdən təmizlənməsi və sonra genişləndirilmiş kanalların doldurulması ilə başa çatır. Bundan sonra, dişin tac qismi bərpa olunur (plomb və ya qapaqlarla), diş estetik və funksional olaraq uzun müddət xidmət göstərir.
Prosesin dərinliyindən və formasından asılı olaraq endodontik müalicə bir və ya bir neçə seansa həyata keçirilə bilər. Klinikamızda endodontik problemlərə diaqnoz ağiz daxili müayinə və rentgen-vizioqrafla qoyulur, ən müasir avadanlıqlar və professional həkimlər tərəfindən müalicə olunur.
Bəzən dişlərdə əyri və çətin keçilən kanallar müşahidə edirik. Bu halda kanallar dəqiq rentgen diaqnostikadan sonra xüsusi alətlər ilə kanal uzunluqları ölçülür və kanallar zirvə hissəyə qədər Protaperlər ilə genişləndirilir, sonra lateral kondensasiya üsulu ilə doldurulur.
Müalicə olunmuş kanallardan doldurulan materialın sorulmaması üçün endomotor aləti ilə kanallar genişləndirilir və sorulmayan quttaperça ilə lateral kondensasiya olunur, yəni, doldurulur.