Dişlərin ağardılması

Dişlərin ağardılması

Xidmətlər > Dişlərin ağardılması

Ağardılma dişlərdəki ləkələrin və daxili piqmentin aradan qaldırılması ilə arzu edilən gözəlliyin əldə olunmasıdır. Hər bir insan ətrafda olanlarla ünsiyyətində diqqət çəkmək istər ki, bu da həm sosial özgüvəni artırır, həm də müsbət auranı təmin edir.

Dişlərin diskoloritliyi (rəng dəyişməsi) ən əsası istifadə etdiyimiz qida, içkilər və siqaret səbəbindən yaranır. Bətndaxili inkişaf və kiçik yaşlarda qəbul olunan dərmanlar da rəng dəyişməsinə səbəb olur.

Klinikamızda dişlərdə arzuolunan ağlığa effektiv və sağlıqlı şəkildə nail olmağa üstünlük veririk. Həm klinikada (office bleaching), həm də evdə (home bleaching) ağardılmadan sonrakı nəticələr pasientlərin zövqünə tam uyğun olur. Həyatınızın mühüm anlarını yaddaqalan gülüşlə bəzəmək üçün 45 dəqiqə dental kresloda oturmağınız yetərlidir.