Periodontal xəstəliklərə əsasən diş ətrafına, həmçinin dişlərin üzərinə yığılan diş ərpi və diş daşları səbəb olur.
Ağız boşluğunda bakteriyaların "evi" sayılan diş ərpi və diş daşları bir çox problemlərə səbəb olur. Belə ki, ağız gigiyenasının qeyri-qənaətbəxş olması diş ətində qızartı, şişkinlik, ağızdan pis qoxunun və metalik tamın gəlməsi, qida qəbulu zamanı qansızma kimi əlamətlərlə özünü göstərə bilər. Əgər zamanında müalicə olunmazsa diş əti çəkilmələrinə, periodont toxumalarının dağılmasına və sonda dişlərin itirilməsinə gətirib çıxarır. Erkən mərhələdə diş daşlarının SCALER cihazı ilə kənarlaşdırılması və VECTOR aparatı ilə müalicənin davam etdirilməsi xəstəliyin qarşısını alır.
Gecikmiş mərhələdə periodontal xəstəliklərlə pasient müraciət edirsə, qapalı və açıq cərrahi küretaj üsulu ilə diş ərpi və diş daşları təmizlənir, diş əti yenidən formalaşdırılır.
VECTOR müalicə aparatı dişlərə və dişətrafı toxumalara zərər vermədən onların təmizlənməsini həyata keçirir. Orta ölçülü mikrodispers hissəciklərlə zənginləşdirilmiş Vector fluid poliş suspenziyasının tətbiqi dişətialtı ərpin və daşın tam təmizlənməsini təmin edir. Bu hissəciklər dişlərin sərt toxumalarını, implantların və süni dişlərin səthini və periodontal regenerasiyada böyük rol oynayan sement toxumasını belə zədələmir.
SATELEC PROPHY MAX praktik aparat olub innovativ şəkildə dizayn olunmuşdur. Bu cihaz multifunksional olub diş ərpini və diş daşını effektiv şəkildə təmizləyir, dişin sərt toxumalarına zərərli olan lateral təzyiq vermir. Ultrasonik ucluqlar skeylinq prosesini sürətləndirir və manual instrumentlərdən daha çox müalicəvi effekt verir. Çoxlu sayda elmi təcrübələr göstərmişdir ki, ultrasonik müalicə manual instrumentlərlə aparılan müalicədən 20-50% daha sürətlə gedir.