Rentgendiaqnostika

Rentgendiaqnostika

Xidmətlər > Rentgendiaqnostika

Dişin təsvirinin alınması üçün biz rəqəmsal rentgenoqraf aparatından - vizioqrafdan istifadə edirik.

Adi rentgen aparatından fərqli olaraq, vizioqraf  kiçik dozalarda və az zamanda  diş strukturunda ən kiçik dəyişiklikləri belə aşkar edir.

Ortopantomoqramma (OPQ) – dişlərin, çənə və əng sümüklərinin, haymor boşluqlarının vəziyyəti haqqında məlumat verən rentgen şəklidir. Həkim - stomatoloqun praktikasında OPQ şəkil kanalların plomblanmasının keyfiyyətinə nəzarət etməyə, dişlərdə kariyesi erkən mərhələdə aşkar etməyə, dişlərin dayaq aparatının dəyişikliklərini diaqnozlaşdırmağa imkan verir.

Bizim apparat, Planmeca ProMax® 3D Classic, pasientin anatomiyası haqqında ən incə detallarla tam ətraflı məlumat əldə etmək üçün nəzərdə tutulmuşdur. Ağıllı və çox yönlü Rentgen aparatı rəqəmsal panoramik, sefalometrik, 3D görüntü,habelə 3D fotoşəkillərlə və 3D-model scan ilə təmin edir.

Kompüter tomoqrafiya – üz-çənə sisteminin 3 ölçülü müayinəsini təmin edərək daha ətraflı və dəqiq informasiya verir.Bu müayinənin köməyi ilə hazırlanan cərrahi şablonlar əməliyyatın texnikasının mükəmməl olmasına kömək edir.