Stomatologiyanın günümüzdə ən aktual məsələlərindən biri - itirilmiş dişlərin bərpasıdır. Praktik stomatologiyanın bu bölməsi bir çox hallarda protezləmə kimi təqdim olunur. Ağızda olan konkret vəziyyətdən və pasientin arzusuna uyğun olaraq dişlər çıxan və çıxmayan protezlərlə bərpa oluna bilər.
Hansı növ diş protezinin lazım olduğuna həkim pasienti ətraflı müayinə etdikdən sonra qərar verir.
Klinikamızda çıxan protezlərdən aşağıdakılara üstünlük verilir:
Çıxmayan protezlərdən isə tək qapaqlar və körpüyəbənzər protezlər istifadə olunur.
Qapaqlar əsasən çürümüş-dağılmış diş tacının plomblarla bərpası mümkün olmadıqda tətbiq olunur. Klinikamızda günümüzün tələbinə uyğun, yüksək keyfiyyətli və estetik zirkonium, press-keramik (metalsız), metal-keramik və sair qapaqlar pasientlərimizə təklif olunur (Dişlərin Estetik Bərpası bölümünə baxın).
Körpüvari protezlər diş sırası qüsuru olan nahiyənin ön və arxa dişləri yonulmaqla, dayaq dişlər və aralıq hissədən ibarət konstruksiya şəklində hazırlanır. Bəzi hallarda dayaq, yəni qonşu dişlərin depulpasiyası, yəni sinirinin çıxarılması lazım olur. Körpüvari protezlər təbii dişlərlə bərabər implantüstü protezləmədə də istifadə olunur. Bu barədə İmplantasiya bölməsində məlumat əldə edə bilərsiniz.
Bügel metal-plastik bazis hissədən və süni dişlərdən ibarət hissəvi çıxan protezdir. Bu protezlər estetik və funksional olmaqla uzun müddət problemsiz istifadə olunur. Çeynəmə prosesində protezin fiksasiyası ilə bağlı hər hansı bir problem yaşanmır.
Deflex elastik bazisli hissəvi çıxan protezdir. Biouyğun və orqanizm üçün zərərsiz materialdan hazırlanır. Fiksasiya problemləri yaşanmır. Sadə hissəvi çıxan protezlərdən fərqli olaraq bunlarda görünən klammerlər yoxdur. Bu vəzifəni protez bazisindən olan istinad tutucuları yerinə yetirir. İstifadəsi pasient üçün çox rahatdır.
Tam çıxan protez bütün dişlərini itirmiş pasientlər üçün hazırlanır. Bu tip protezlər klinikamızda orqanizm üçün heç bir əlavə təsiri olmayan, allergik reaksiya yaratmayan, rəngi dəyişməyən, çeynəmədə səs çıxarmayan, tam biouyğun Avropa və Amerika istehsalı olan dişlər və bazis materiallarından hazırlanır.
Overdenture - İmplantüstü bar, O-ring və ya ball attachment, locator konstruksiyalı çıxarılan protezlər.
Uzun müddət tam çıxan protez daşıyan və protezin tutuculuq qabiliyyətinin azalmasından şikayət edən pasientlər üçün klinikamızda overdenture tipli implantüstü hərəkəti məhdudlaşdırılmış çıxarılan protezlər təklif edirik. İstifadələri çox asan, gigiyenik, estetik baxımdan qənaətbəxşdirlər. Pasientlərin çeynəmə prosesi zamanı keçirdiyi narahatlıq hissləri bu tip protezlər vasitəsilə tamamilə aradan qalxır. Uzun müddət istifadəyə yararlı olurlar.
Çənə sümüyünə yerləşdirilən 2 və ya 4 implant üzərinə seçilən ortopedik hissə (bar, o-ring, locator) pasientin nitq prosesində və çeynəmə zamanı protezin tam hərəkətsizliyini təmin edir və vizual olaraq görünmür. Çıxan protezlərin bazis hissəsinin damağı bağlaması pasientin dad hissinin itməsinə səbəb olur.İmplantüstü overdenture-in bar, o-ring və ya ball attaçment və lokatorla fiksasiyasindan sonra artıq bu hissəyə ehtiyac qalmır (bax. şəkilə). Bu cür üstün göstəricilərə malik protezlər pasientlərimizin haqlı olaraq məmnun qalmasına və 'İNAMLA GÜLÜMSƏMƏSİNƏ' səbəb olur.