Ortodontiya

Ortodontiya

Xidmətlər > Ortodontiya

Ortodontik müalicə insanın bir sıra estetik problemlərini aradan qaldırmaqla yanaşı, onun sosial və psixoloji statusuna da hiss olunacaq dərəcədə öz müsbət təsirini göstərir. İnsanlarla qarşılıqlı ünsiyyətdə sifətimiz və dişlərimiz həmişə ön planda olur. Filosof Maqqreqor deyirdi ki, dişlərin patologiyası fiziki və psixoloji qüsurdur, çünki o insanlara işə düzəlməkdə, karyerasını davam etdirməkdə, şəxsi münasibətlər və ailə qurmaqda mövcud imkanları hiss olunacaq dərəcədə məhdudlaşdırır.

Əvvəllər hətta breket (çıxmayan ortodontik aparat) gəzdirən uşaqlar da kinayə və istehza mənbəyi olurdular. Çox sevindirici haldır ki, müasir dövrdə bu vəziyyət əksinə dəyişib. Bizim pasientlər sözün yaxşı mənasında gündəlik həyatda diqqət mərkəzinə çevriliblər. Hər kəs onlara ortodontik müalicənin gedişi, breketlərin növləri və digər maraqlı suallarla müraciət edirlər. Müasir breketlər müxtəlifliyi və orijinallığı ilə seçilir. Bugünkü gündə şəffaf, rəngli və hətta gecə işıq saçan breketlər mövcuddur. Bu amillər ortodontik müalicəni daha maraqlı və cazibədar edir.

Ortodontik müalicə fiziki görkəmi və sosial tələbatı yaxşılaşdırmaqla insanın özü haqqında təsəvvürünü və ümumi özünə inamı artırır. Fransız yazıçısı, rəssamı və rejissoru Jan Kokto deyirdi: “Əgər insanın ruhunda qüsur varsa, bu onun üzündə düzəldilə bilməz, lakin üzündə qüsur varsa və onu aradan qaldırmaq mümkündürsə, bu insanın ruhunu sağalda bilər.”

Üz, ağız və dişlər - insan vücudunun çox vacib hissəsidir. Bir növ insanın vizit kartıdır. Ortodontik müalicə insanlara gözəl və cazibədar gülüş bəxş etməklə bərabər, həmçinin uğur gətirə bilər.

Ortodontik müalicəyə sərf olunan maliyyə xərcləri, fiziki və psixoloji məhdudiyyətlər müalicənin sonunda uğurlu nəticə ilə özünü doğruldur. Bunu pasientlərimizin müalicədən öncə və sonra çəkilmiş şəkillərinin əks etdirdiyi əldə olunan estetik gülüşləri ilə təsdiqləyə bilərik.