Diş dostu 10 qida maddəsi:Dişlərinizin daha təmiz və sağlam olmasını istəyərdinizmi?
Bloq > Diş dostu 10 qida maddəsi:Dişlərinizin daha təmiz və sağlam olmasını istəyərdinizmi?06.06.2017 / 4002
Kərəviz: Kərəviz dişlərimizi iki yolla qoruyur. Kərəvizi yeyən zaman daha çox çeynəmə hərəkəti edirik bu da daha çox tüpürcək ifrazına səbəb olur hansı ki dişlərin çürüməsinə səbəb olan bakteriyaları zərərsizləşdirir. Bundan başqa lifli və ya bərk qidalar diş ətlərini masaj edir və diş aralarını təmizləyir.
Pendir: Pendirin dişlər üçün bir çox faydası var. İlk olaraq ağız boşluğunun PH tarazlığını tənzimləməyə kömək edir. Eyni zamanda kariyesə qarşı dişləri qoruyur, yeni çürüklərin yaranmasının qarşısını alır. Bəzi diş həkimləri şirin qidalardan sonra 1 dilim pendir yeməyi məsləhət görürlər, bu şəkərin dişləri çürütmə təsirini azaldır.
Yaşıl çay: Yaşıl çayın tərkibində olan katesin maddəsi ağızdakı bakteriyaların yox olmasına kömək edir və eyni zamanda xərçəng xəstəliyinə qarşı təsirli bir maddədir. Buna görə ağız boşluğunun xərçəng xəstəliyinin müalicəsində də təsirlidir. Bu maddə həmçinin pis ağız qoxusuna səbəb olan bakteriyaların ağızdan uzaqlaşdırılmasına kömək edir.
Kivi: Vitamin C çatışmazlığı dişətlərimizi həssaslaşdırır, bakteriyalara qarşı daha müqavimətsiz edir. Bu halda periodontal ( diş əti) xəstəliklərlə üzləşə bilərsiniz. Bu kimi hallarla qarşılaşmamaq üçün yetərincə C vitamini almaq lazımdır və bu məqsədlə kivini seçə bilərsiniz. Çünki kividə digər meyvələrə nisbətən daha çox C vitamini var
Qatıq: Kalsiyumla zəngin olan qatığın dişlərə faydası saymaqla bitməz. Kalsiyum diş əti xəstəliyi olan adamlarda iltihablı dişəti ciblərini azaldır. Kalsiyum periodontal problemlərə görə laxlayan dişlərin sağalmasına kömək edir. Kalsiyum diş itgilərinin qarşısının alınmasına kömək edir. Əgər dişlərinizin sağlamlığını düşünürsünüzsə siz də kalsiyumla zəngin qidalara üstünlük verin.
Cəfəri: Pis ağız qoxusuna səbəb olan qidaları yedikden sonra biraz cəfəri çeynəmək daha gözəl ağız qoxusuna sahib olmağınıza kömək edəcək. Cəfəri pis ağız qoxusunu təravətli nəfəsə çevirir.
Çiyələk: Çiyələk diş və dişəti üçün faydalıdır. Həmçinin diş daşlarından təbii yolla qurtulmağın formuluna sahibdir.Belə ki, çiyələyin tərkibindəki müxtəlif turşular diş diblərində toplanaraq diş daşlarını əridir və onların əmələ gəlməsinin qarşısını alır.
Quru meyvələr: Quru meyvələr və tumlar dişi əhatələyərək bakteriyalara qarşı qorucu təbəqə əmələ gətirən yağlara sahibdir. Bu yağlar diş minasını gücləndirir və çürüməyə qarşı daha davamlı edir. Tumlar isə kalsiyumla zəngindir.
Alma: Almanın qabıqlı yeyilməsi həm dişləri möhkəmləndirir həm də tərkibindəki maddələr dişləri təmizləyir. Buna görə də alma, kök kimi meyvə-tərəvəzləri dişləyib yemək tövsiyə olunur.
Balıq : Balığın tərkibindəki fosfor sümük və diş toxumasının təməl maddələrindən biridir. Balığın tərkibindəki fosfor dişləri sərtləşdirir. Buna görə də daha sağlam dişlər üçün həftədə 1 dəfə balıq yemək məsləhətdir.