Dr. Cabbar Hüseynqulu oğlu Həsənov
1963- cü ildə Naxçıvan MR Babək r-n Nehrəm kəndində anadan olub.
1986-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Stomatologiya fakultəsini bitirmişdir.
1986-1992- ci illərdə Naxçıvan Respublika stomatoloji poliklinikasında həkim işləyib.
1999- cu ildən dişlərin implantasiyası ilə məşğuldur.
2000- ci ildə özəl İmplant-Dent klinikasını yaratmış və hazırda ona rəhbərlik edir.
2005- Beynəlxalq Oral İmplantoloqlar Konqresinin (İCOİ) üzvü
2005- ci ildə Sankt-Peterburqda namizədlik dissertasiyasını müdafiə etmişdir.
2005- ci ildə Azərbaycan İmplantoloq İctimai Birliyini yaratmış və hazırda onun sədridir.
2005-ci ildən periodik olaraq dünyanın bir çox ölkələrində implantoloji konfranslarda elmi məruzələrlə çıxış edir və məqalələri çap olunur.
2006-2011- ci illərdə ATU-nun Ortopedik stomatologiya kafedrasında Dental İmplantologiyanın tədrisi ilə məşğul olmuşdur.
2007-ci ildə O.N.Surovun Dişlərin implantasiyası kitabını azərbaycan dilinə tərcümə etmişdir.
2005-ci ildən periodik olaraq Azərbaycanda İmplantalogiyanı inkişaf etdirmək üçün Bakıda, Gəncədə, Naxçıvanda dövrü olaraq kurslar təşkil etməkdədir.
2005- 2007- 2009-2011-2013-2015-2017-2019 – cu illərdə keçirilmiş İmplantoloqların Beynəlxalq Xəzər Konfransının təşkilat komitəsinin sədri olmuşdur.
2006-cı ildən Beynəlxalq İmplantoloqlar Konqresinin Diplomatıdır.
2008-2013-cü illərdə Beynəlxalq Oral İmplantoloqlar Konqresinin (İCOİ, ABŞ) vitse-prezidenti olmuşdur.
2009- cu ildən Beynəlxalq İmplantologiya Komandasının (ITI- İsveçrə) üzvü
2011- 2015-ci illərdə İsveçrənin İTİ (beynəlxalq implant komandası) cəmiyyətinin Azərbaycan üzrə tədris qrupunu yaradaraq ona rəhbərlik etmişdir
2014-cü ildə “İmplantoloji terminologiya” kitabı çap olunmuşdur.
Evlidir 4 övladı var.
Azərbaycan, rus, ingilis, türk dillərini bilir.