Dişlərimizin sağlamlığı üçün necə qidalanmalıyıq?

Dişlərimizin sağlamlığı üçün necə qidalanmalıyıq?

Bloq > Dişlərimizin sağlamlığı üçün necə qidalanmalıyıq? 21.11.2016 / 1942

Dişlərin sağlamlığı üçün zərərli hesab edilən qida maddələrinə şəkərli və turş qidalar, həmçinin, diş üzərinə yapışıb qalan və asanlıqla təmizlənə bilməyən maddələr aid edilir. Bunların qəbulunu tamamilə kəsmək yox, yalnız müəyyən intervallarla istifadə etmək kariesin qarşısının alınması üçün zəruridir.

Dişlərin sağlam olması üçün tövsiyə edilən qidalanma rejimi;

  • Şəkərli, yapışqan və ya turş qidalar üç əsas öyündə qəbul edilməlidir.
  • Öyün aralarında alma, kök kimi sərt, dişləri təmizləyərək diş ətini massaj edən qidalar qəbul edilməlidir.
  • Şəkərli və yapışqan qidaların qəbulundan sonra dişləri fırçalamaq mümkün olmazsa, ağız boşluğu su ilə yaxalanmalı, ya da bir stəkan su içilməlidir.
  • Şəkərli qida yeyildikdən sonra şəkərin kariesə təkan verən təsirinin neytrallaşdırılması üçün bir tikə pendir qəbulu son dərəcə əhəmiyyətlidir.