Uşaqlarda diş həkiminə qarşı qorxu niyə olur? Hansı tədbirlər görülməlidir?

Uşaqlarda diş həkiminə qarşı qorxu niyə olur? Hansı tədbirlər görülməlidir?

Bloq > Uşaqlarda diş həkiminə qarşı qorxu niyə olur? Hansı tədbirlər görülməlidir? 09.09.2016 / 1716

Uşağınıza diş müalicəsinin heç bir qorxulu tərəfinin olmadığını başa salsanız, asanlıqla diş həkiminə gətirə bilərsiniz. Ancaq, adətən valideynlər “Dəcəllik etsən səni diş həkiminə aparacağam, o da sənin dişini çıxaracaq! ” sözləri ilə diş həkimi anlayışını bir qorxu ünsürünə çevirir.

Bu səbəblə: 
1) Uşağın diş həkiminə aparılması bir cəza mənasını daşımamalıdır. Tam əksinə, uşaq üçün diş həkiminə sevərək gedəcəyi bir şərait yaradılmalıdır. 
2) Diqqət ediləcək başqa bir mövzu da, diş həkiminə getmə ilə uşağın məruz qalacağı ağrı hadisəsi arasında bir əlaqə yaratmamaqdır. Ancaq, uşağa “Dişin heç ağrımayacaq" deyərək onu aldatmaq; qarşıdakı müalicələri çətinləşdirir. 
3) Diş həkimi ilə uşağın bir dialoq qurması uşağın qorxusunun yox olmasına kömək edəcək bir amildir. Bunun üçün diş həkiminin verdiyi suallara uşağın özünün cavab verməsinə icazə verin.