Diş ətinin fırçalanması nə üçün lazımdır?

Diş ətinin fırçalanması nə üçün lazımdır?

Bloq > Diş ətinin fırçalanması nə üçün lazımdır? 04.03.2017 / 1683

Digər bir tələb, diş ətini fırçalamaqdır. Xəstə: “Doktor, axı diş ətim qanayır…” deyə şikayət etsə belə, fırçalamaya davam etməlidir, çünki belə hallarda diş ətinin qidalanmasını təmin edən damarlarda qan dövranı pozğunluqları nəticəsində qan durğunluğu yaranır. Tibbi dildə buna “staz” deyilir. Bu vəziyyətin müalicəsi üçün kapillyar damarları açmaq, yəni diş ətini fırçalamaq zəruridir. Beləliklə, diş ətinin damarlarında qan dövranı  yaxşılaşır və qanama öz-özünə dayanır. Diş ətinin fırçalanması diş əti xəstəliklərindən qorunmanın ən effektli metodlarından biridir.