26.10.2011 |
|
Həkimlərin sözlərinə görə, dişlərin çürüməsinin əsas səbəbi qidalanmadır. Xüsusilə şəkərli qidalar dişləri məhv edir. Ona görə də şirniyyatı çox sevən uşaqlarda diş çürümələrinə daha çox, rast gəlinir |
26.10.2011 |
|
Dişləri hər gün yumaq yaddaş zəifliyini və ya ümumiyyətlə yaddaşın itməsi problemini aradan qaldırır. Bu, 270 nəfər yaşlı insan üzərində aparılan araşdırma nəticəsində məlum olub. Araşdırmaya görə, dişlərə düzgün quluq orqanizmi bir çox problemlərdən qoruyur və beyinin fəaliyyətinə müsbət təsir göstərir. Lakin dişləri yumaqla yaddaş arasındakı əlaqəni alimlər hələ ki bilmirlər. |
28.01.2011 |
|
Uşaqların dişləri çıxmağa başladığı gündən 6 yaşına qədər dişlər valideynlər tərəfindən, 6-8 yaşlar arasında valideyn nəzarətində, 8 yaşdan yuxarı isə sərbəst fırçalanmalıdır. Göstərilən yaş hədləri indivudal olaraq dəyişə bilər. |
28.01.2011 |
|
Siqaret çəkən insanların dışlərinin rəngi dəyişir, diş daşlarının yaranması tezləşir, ağız boşluğunda olan yaralar gec sağalır, gingivit və parodontit xəstəliklərinə meyllilik artır. Bunlardan qurtulmağın ən düzgün yolu siqaret istifadəsini minimuma endirmək və ya tamamilə siqaretdən imtina etməkdir. Mütləq şəkildə ildə 2 dəfə gigiyenistin və ya periodontoloqun qəbulunda olmaq gərəkdir. |
28.01.2011 |
|
Normal halda dişləri gündə iki dəfə səhər yeməyindən sonra və gecə yatmağa getməkdən öncə fırçalamaq lazımdır. Hər fırçalamada 2 dəqiqə müddətində diqqətdə dişlərin bütün tərəflərini fırçalamaq lazımdır. İmkan daxilində nahar yeməyində sonra ağız boşluğunun qar-qara edilməsi və ya yüngül fırçalanlası ideal olardı. |
28.01.2011 |
|
Diş sapı deyəndə bu məqsəd üçün hazırlanmış xüsusi materialdan hazırlanmış müxtəlif strukturlu saplar başa düşülür. Dişləri aralarını təmizləmək üçün adi saplardan istifadə etmək olmaz. Diş saplarını istifadə etməzdən öncə mütləq onlardan düzgün istifadə etməyi öyrənmək lazıdır. Əks halda diş ətinə ciddi travma yetirmək olar. Bu vasitələrdən istifadəni stomatoloqunuzdan öyrənə bilərsiniz. |
28.01.2011 |
|
Ağız boşluğunda qoxu - qalitoz termini ilə ifadə olunur. Ağız boşluğunda qoxu varsa bu bir necə səbəbdən ola bilər. Əsas səbəblər parodontit, mədə xəstəlikləri və s. ola bilər. İlk olaraq müxtəlif təravətləndirici vasitələrdən (spreylər, mayelər, sakkızlar və s.) istifadə edin. Dərhal problemi kökündən həll etmək üçün stomatoloqla və göstəriş olarsa digər həkimlərlə konsultasiya edin. |
28.01.2011 |
|
Dişlərinizi təmizləyərkən mütləq fırçanın arxa tərəfi ilə (xüsusi fırçalar) dilinizin üstünü təmizləyin. Ağız boşluğunda olan mikrobların əksəriyyəti dilin xırda xovlarının arasında gizlənir. |
28.01.2011 |
|
Diş fırçasını ən geci 3 aydan bir dəyişmək lazımdır. Sərt fırçalardan istifadə etməyi stomatoloqlar tövsiyyə etmirlər. |
28.01.2011 |
|
Əgər diş ətləriniz dişləri fırçalayan zaman və ya qeyri-iradi qamayırsa bu Gingivit və ya Parodontitin əsas simptomudur. Tövsiyyə olunur ki, ağız boşluğunuzu tərkibində "Xlorheksidin" olan məhlullarla və çobanyastığı bitkisindən hazırlanan dəmləmə məhsulu ilə qar-qara edin. Dərhal Stomatoloqunuza muraciət etməyiniz yaxşı olardı. |
|